“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub

News Image

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.

Tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, AHİK-in və üzv təşkilatların rəhbər şəxsləri, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfələr verir.

Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli, ölkənin inkişafına töhfə verməli, daim öz üzərilərində çalışmalıdırlar.

Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ali təhsil müəssisəsinin son illər əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu vurğulanıb və məzunlara ölkəmizin sosial-iqtisadi yüksəlişində fəal iştirak etmələri tövsiyə olunub.

Valideyn Nuru Rzalı çıxış edərək məzunları təbrik edib, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradılan tədris mühitini yüksək qiymətləndirərək müəllimlərə təşəkkürünü bildirib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məzunlar adından çıxış edən Aysel Həsənova, Lamiyə Ağayeva və Şəhanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb, onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra təhsildə və Akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.

“Azərbaycan və dünya ədəbiyyatında gender və kimlik problemi” mövzusunda elmi seminar keçirilib

News Image

“Azərbaycan və dünya ədəbiyyatında gender və kimlik problemi” mövzusunda elmi seminar keçirilib


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan və dünya ədəbiyyatında gender və kimlik problemi” mövzusunda elmi seminar keçirilib. Seminarın məqsədi Azərbaycan və dünya ədəbiyyatında gender və kimlik məsələlərinin bədii və sosial aspektlərini müzakirə etmək, bu sahədə elmi yanaşmaları və müasir baxışları iştirakçılarla bölüşmək olub.

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bilik yarışı” intellektual oyunu keçirilmişdir

News Image

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bilik yarışı” intellektual oyunu keçirilmişdir


Tədbir tələbələrin intellektual inkişafının dəstəklənməsi, onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məqsədi daşımışdır. Tədbirin açılışında çıxış edən Akademiyanın prorektoru Xəyalə Məmmədova gənclərin maariflənməsi və bu kimi intellektual layihələrin əhəmiyyətindən bəhs etmişdir.


Daha sonra çıxış edən Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Məmmədtağı Rzayev fəlsəfi yanaşmalar, müasir dövrdə gənclərin düşüncə tərzi, fərdi inkişaf və özünüifadə mövzularına toxunmuşdur.


Tədbirdə çıxış edən Sosial iş fakültəsinin dekanı Nurəngiz Mikayılova tələbələrin bilik yarışlarında və elmi fəaliyyətlərdə iştirakının onların gələcək peşəkar inkişafında mühüm rol oynadığını vurğulamış, iştirakçılara uğurlar arzulamışdır.


İntellektual yarış zamanı tələbələr komandalar şəklində müxtəlif mövzular üzrə biliklərini sınamış, qaliblər I, II və III yerlər üzrə hədiyyələrlə mükafatlandırılmışdır. I yerə layiq görülən iştirakçılar sertifikatla təltif edilmiş, yarışda iştirak edən bütün tələbələrə isə təşəkkürnamələr təqdim olunmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında magistrantların respublika elmi konfransı keçirilib

News Image

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında magistrantların respublika elmi konfransı keçirilib



08 may 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Şəhərsalma Vizyonu: Süni intellekt, rəqəmsallaşma və iqlim fəaliyyəti ilə uyğunlaşdırılması” mövzusunda Magistrantların Respublika Elmi-Tədqiqat Konfransı keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx təqdim olunub.


Konfransın açılış mərasimində AHİK nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, müasir dövrdə şəhərsalma prosesində süni intellektin, rəqəmsallaşmanın və iqlim amillərinin rolundan bəhs ediblər.


Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən, tibb elmləri üzrə fəlsəfə doktoru Fərid Babayev çıxış edərək belə elmi tədbirlərin gənc tədqiqatçıların formalaşmasında mühüm rol oynadığını qeyd edib. Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məmmədtağı Rzayev, beynəlxalq əlaqələr üzrə prorektor, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və magistratura şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov çıxışlarında konfransın elmi əhəmiyyətindən, innovativ yanaşmaların tətbiqindən və akademik mühitdə belə təşəbbüslərin vacibliyindən danışıblar.


Tədbir çərçivəsində magistrant Könül Abdullayeva və tələbə Cəmilə Məmmədlinin çıxışları və ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.


konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında iştirakçılar tərəfindən süni intellekt, rəqəmsal transformasiya və iqlim fəaliyyətinə dair müxtəlif elmi tədqiqatlar təqdim olunub, müzakirələr aparılıb.


Sonda moderatorların yekun çıxışları dinlənilib və iştirakçılara sertifikatlar təqdim olunub.


Qeyd edək ki, konfransın əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların təşviqi, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və aktual problemlərin müzakirəsi üçün platforma yaratmaqdan ibarətdir.

AƏSMA-da magistrantlarla görüş keçirilib

News Image

AƏSMA-da magistrantlarla görüş keçirilib



29 aprel 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında II tədris ili magistrantları ilə görüş təşkil olunub. Görüşdə Akademiya rəhbərliyi magistr təhsilinin əhəmiyyəti, mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxış edib.


Tədbirdə normativ-hüquqi qaydalar və qiymətləndirmə meyarları barədə məlumat verilib, elmi rəhbərlərin və magistrantların çıxışları dinlənilib.


Müzakirələr zamanı magistr təhsili ilə bağlı problemlər və həlli yolları ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin rəy və təklifləri nəzərə alınıb.


“Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş akademiyadaxili qruplararası futbol turnirinin final mərhələsi baş tutdu

News Image

“Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş akademiyadaxili qruplararası futbol turnirinin final mərhələsi baş tutdu

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş akademiyadaxili qruplararası futbol turnirinin final mərhələsi baş tutdu.


Turnirdə ümumilikdə 8 komanda iştirak etdi, onlardan 4-ü yarımfinala yüksəldi. Finalda “Sosial iş” və “Maliyyə-İqtisad” komandaları qarşılaşdı.

Gərgin və maraqlı keçən oyunun sonunda “Maliyyə-İqtisad” fakültəsi qalib oldu.


Turnirin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam rəqabət mühitinin formalaşdırılması və idman vasitəsilə nizam-intizam, liderlik və qarşılıqlı hörmət kimi dəyərlərin aşılanması idi.


Turnirdə iştirak edən bütün komandaları təbrik edir, qaliblərə yeni uğurlar arzulayırıq!

AƏSMA “Gender Araşdırmaları Mərkəzi”nin təşkilatçılığı ilə “Rəqəmsal Mühitdə Gender Bərabərsizliyi” adlı İnteraktiv seminar keçirilmişdir

News Image

AƏSMA “Gender Araşdırmaları Mərkəzi”nin təşkilatçılığı ilə “Rəqəmsal Mühitdə Gender Bərabərsizliyi” adlı İnteraktiv seminar keçirilmişdir

05.03.2026-ci il tarixində AƏSMA “Gender Araşdırmaları Mərkəzi”nin təşkilatçılığı ilə “Rəqəmsal Mühitdə Gender Bərabərsizliyi” adlı İnteraktiv seminar keçirilmişdir. Seminarda “Gender Araşdırmaları Mərkəzi”nin üzvü dos. Zeynəddin Şabanov tədbir iştirakçılarına keçirilən seminarla əlaqədar geniş məlumat verərək, bildirdi ki, bu cür tədbirlərin keçirilməsi günün vacib tələblərindən biridir, çünki, gender məsələsi çox önəmlidir, ona görə də onu dərindən araşdırmaq və öyrənmək üçün gənclərimiz bütün məsuliyyətləri ilə səy göstərməlidirlər. Dos. Z.Şabanov seminarda “Cəmiyyətdə insan alverinə qarşı mübarizə”mövzusu ilə çox maraqlı çıxış etdi.İnteraktiv seminarda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, f.f.d. Mehriban Zeynalova “İnsan alveri və rəqəmsal mühit” mövzusu ilə əlaqədar olaraq geniş məlumat verdi və bu sahəyə aid son illər yazdığı – “Kölgədə qalan qadınlar”, “Zorakılığın kodları”, “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat” və “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” kitablarının hər biri haqqında geniş məlumat verərək bildirdi ki, kitablar real hadisələrə dayanılaraq yazılıb. M.Zeynalova bu kitablardakı məlumatlardan ixtisasyönümlü tədrisdə istifadə etməyin mümkünlüyündən danışdı. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dosent Mətləb Mahmudov –“İnsan alverinin qarşısının alınması yolları” mövzusunda maraqlı çıxış edərək, Mehriban Zeynalovanın kitablarından sitatlar gətirdi. Qarşılıqlı müzakirələr zamanı AƏSMA “Gender Araşdırmaları Mərkəzi”nin rəhbəri dos. Niyar Umarova Mehriban Zeynalovanın kitablarının önəmliliyini xüsusi olaraq vurğulayaraq qeyd etdi ki, bu kitablar hazırda hər bir vətəndaşın stolüstü kitabı olmalıdır. İnteraktiv seminarın sonunda mövzu ətrafında iştirakçılarla maraqlı qarşılıqlı müzakirələr aparıldı.

    

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Akademiyanın Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə bağlanıb

News Image

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Akademiyanın Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə bağlanıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Akademiyanın Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə bağlanıb.


Müqaviləni Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev və Həmkarlar İttifaqı Komitəsinin sədri Nailə Qəhrəmanova imzalayıblar.


Kollektiv müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış Kollektiv Sazişə uyğun olaraq işəgötürənlə işçilər arasında əmək, sosial-iqtisadi və digər münasibətləri tənzimləyir.

AƏSMA-da “Yumşaq bacarıqlar” mövzusunda təlim təşkil edildi

News Image

AƏSMA-da “Yumşaq bacarıqlar” mövzusunda təlim təşkil edildi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə əməkdaşların peşəkar inkişafını dəstəkləmək məqsədilə “Yumşaq bacarıqlar” mövzusunda təlim təşkil edildi. Təlim çərçivəsində iştirakçılara effektiv ünsiyyət, komanda işi, liderlik və konfliktlərin idarə edilməsi üzrə praktiki və nəzəri biliklər təqdim olundu.


Təlimin əsas məqsədi əməkdaşların iş mühitində qarşılıqlı əməkdaşlıq bacarıqlarını gücləndirmək və fəaliyyət səmərəliliyini artırmaqdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında 26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

News Image

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında 26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub, Akademiyanın tələbələri tərəfindən “Xocalı – əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. 



AƏSMA-da beynəlxalq sertifikatlı Help Desk təlimləri yüksək maraqla davam edir

News Image

AƏSMA-da beynəlxalq sertifikatlı Help Desk təlimləri yüksək maraqla davam edir

Təlimlər çərçivəsində iştirakçılar texniki dəstək sahəsində həm nəzəri biliklər, həm də real praktik bacarıqlar əldə edirlər.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında beynəlxalq sertifikatlı Help Desk dərsləri davam edir

News Image

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında beynəlxalq sertifikatlı Help Desk dərsləri davam edir


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tələbələrin və gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasını təmin etmək məqsədilə təşkil olunan beynəlxalq sertifikatlı Help Desk təlimləri uğurla davam edir.


Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı fonunda Help Desk sahəsi ən çox tələbat olan istiqamətlərdən biri hesab olunur. Bu baxımdan Akademiyada keçirilən təlimlər iştirakçılara həm nəzəri biliklərin, həm də praktiki bacarıqların formalaşdırılmasına imkan yaradır.


Təlim proqramı çərçivəsində iştirakçılara IT dəstək xidmətləri, texniki problemlərin diaqnostikası və həlli, istifadəçi müraciətlərinin idarə olunması, sistemlərin işləmə prinsipləri və müştəri yönümlü yanaşma kimi mühüm mövzular üzrə biliklər təqdim edilir.


Qeyd edək ki, kursu uğurla tamamlayan iştirakçılar beynəlxalq sertifikat əldə etmək imkanı qazanacaqlar. Bu isə onların gələcək karyera imkanlarını genişləndirməklə yanaşı, müasir əmək bazarında rəqabət qabiliyyətini artıracaq.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası gələcəkdə də tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində müxtəlif beynəlxalq standartlara uyğun təlim və layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.