“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Həmkarlar İttifaqı Komitəsi Akademiyada çalışan əməkdaşların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini həyata keçirən kollektiv ictimai təşkilatdır.

Komitə öz fəaliyyətini aşağıdakı normativ hüquqi sənədlər əsasında qurur:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

- “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu;

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Nizamnaməsi;

- Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyaları və digər normativ- hüquqi aktlar.


AƏSMA Həmkarlar İttifaqı Komitəsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatıdır.


Komitənin əsas məqsədi: Akademiyada sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əmək münasibətlərinin sağlam şəkildə tənzimlənməsi, kollektiv hüquqların və əməkdaş maraqlarının qorunmasıdır.

Komitə öz fəaliyyətini azadlıq, müstəqillik, ədalət, həmrəylik, könüllülük, bərabərlik və qanunçuluq prinsipləri əsasında həyata keçirir.

AƏSMA-da əmək münasibətləri və sosial dialoq rəhbərlik və həmkarlar ittifaqı arasında bağlanmış “Kollektiv müqavilə” əsasında həyata keçirilir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Komitəsi 900 ittifaq üzvünü özündə birləşdirir.

Komitənin əsas fəaliyyət istiqamətləri: